Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva /
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri hesab edir ki, Azərbaycanda vahid qəbul imtahanının keçirilməsi hələki mümkün deyil.
"Təhsil Nazirliyi və TQDK tərəfindən ayrı-ayrılıqda imtahanlar keçirilir. Hesab edirəm ki, hansısa vahid imtahandan danışmaq hələ tezdir", - cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Rusiyada vahid dövlət imtahanının keçirilməsi xoşagəlməz nəticələrə səbəb olub.
"Rusiya KİV-i müntəzəm olaraq ölkənin təhsil sistemində mövcud olan nöqsanlar barədə məlumat verir. Qonşu Rusiyadakı xoşagəlməz nəticələrdən sonra Azərbaycanda vahid imtahan sistemini tətbiq edə bilmərik", - Abbaszadə deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]