...

BMT-nin xüsusi nümayəndəsi: "Livan hökuməti bir çox problemlərlə qarşılaşacaq"

Cəmiyyət Materials 5 Sentyabr 2009 16:54 (UTC +04:00)

BMT-nin Livandakı xüsusi nümayəndəsi Maykl Uilyams deyib ki, yeni Livan hökumətinin formalaşması tezliklə başa çatacaq. Lakin o, bir çox sosial, iqtisadi problemlərlə, eləcə də təhlükəsizliyin qorunmasında çətinliklərlə qarşılaşacaq. Livanın parlament çoxluğunun lideri, Nazirlər Kabinetinin formalaşdırılması tapşırılan Saad əl-Həriri ilə görüşdə Uilyams Livan rəhbərliyinin 2010-cu ilin əvvəlində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü tamamilə üzərinə götürməyə hazır olmasının vacibliyini vurğulayıb. Bu barədə "Əl-Həyat" qəzeti məlumat verib.

Uilyamsın sözlərinə görə, BMT Livanda siyası vəziyyətin yaxşılamasından, eləcə də bir çox partiyalar və fraksiyalar arasında dialoq yaradılmasından və ölkənin cənubunda sabitliyin qorunması barədə Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə riayət edilməsindən məmnundur.

İyunda parlament seçkilərindən sonra, Livan prezidenti Mişel Süleyman "14 mart" koalisiyası seçkilərdə qələbə qazanmış, "Əl-Müstəqbəl" hərəkatının lideri Saad Əl-Həririyə yeni nazirlər kabinetini formalaşdırmağı tapşırıb. "14 mart"ın müxalifət partiyası "Hizbullah"la müvəqqəti sakitliyinə baxmayaraq, hökumətin formalaşdırılması prosesi bir sıra məsələlərə görə mürəkkəbləşir. Beləki, "Hizbullah" Livan prezidentinə hökumətdə veto hüququ və İsrail hücum etdiyi halda silahlanma hüququ verilməsindən imtina edir.

Tərəflər həmçinin nazir vəzifələrini bölə bilmirlər.

Livan prezidenti Mişel Süleyman bu həftə hökumətin faormalaşdırılması prosesini sürətləndirməyi və kabinetin yeni heyətini iki həftə ərzində təqdim etməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti