...

Azərbaycanda "yaşıl həftə" keçiriləcək

Cəmiyyət Materials 7 Sentyabr 2009 15:51 (UTC +04:00)
"Həftə boyu hər gün daxil olmaqla müxtəlif ekoloji maarifləndirici və təbliğat yönümlü tədbirlər, təmizlik aksiyası, velosipedlərlə və piyada yürüşlər, həmçinin idman oyunları və ekoloji filmlərə baxış kimi tədbirlər təşkil olunacaq", - bazar ertəsi "Yaşıl Velosipedçilər" klubunun yaydığı məlumatda bildirilib.
Azərbaycanda "yaşıl həftə" keçiriləcək

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "Yaşıl Velosipedçilər" klubu sentyabrın 9-dan 15-nə qədər ətraf mühitin qorunmasına həsr olunmuş "yaşıl həftə" təşkil edəcək.

"Həftə boyu hər gün daxil olmaqla müxtəlif ekoloji maarifləndirici və təbliğat yönümlü tədbirlər, təmizlik aksiyası, velosipedlərlə və piyada yürüşlər, həmçinin idman oyunları və ekoloji filmlərə baxış kimi tədbirlər təşkil olunacaq", - bazar ertəsi "Yaşıl Velosipedçilər" klubunun yaydığı məlumatda bildirilib.

Layihənin həyata keçirilməsinə Azərbaycan Turizm İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi və "Ekosfera" təşkilatı böyük kömək göstərəcək.

"Yaşıl Velosipedçilər" klubu keçən ilin sentyabrında bir qrup fəal gənc tərəfindən yaradılıb. Klub bir il ərzində öz əhatəsinə 300-ə qədər təbiət sevərləri toplayıb. Klubun fəaliyyətinin əsas istiqamətləri Azərbaycanda ekoloji maarifləndirici işləri gücləndirməklə davamlı ekosistemin qorunub saxlanması, həmçinin fiziki sağlam və öz ölkəsini sevən cəmiyyətin qurulmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti