...

Bakıda alman dilinin tədrisi mərkəzi açılıb

Cəmiyyət Materials 11 Sentyabr 2009 16:08 (UTC +04:00)
Mərkəzin direktoru Zəhra Əliyeva deyib ki, mərkəz bu ilin fevral ayından fəaliyyət göstərir və burada yüzdən çox insan təhsil alır. "Alman dilinin tədrisi mərkəzi digər xarici dil öyrədən müəssisələrdən fərqlənir. Belə ki, tədris mərkəzinin müəllimlərinin əksəriyyəti Almaniyda ixtisas kursu keçiblər. Mərkəzdə təkcə alman dili tədris edilmir. Biz burada təhsil alanları Almaniyanın mədəniyyəti və tarixi haqqında məlumatlandırırıq", - o deyib.
Bakıda alman dilinin tədrisi mərkəzi açılıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir C.Babayeva /

Cümə günü Bakıda alman dilinin tədrisi mərkəzinin rəsmi açılışı olub.

Mərkəzin direktoru Zəhra Əliyeva deyib ki, mərkəz bu ilin fevral ayından fəaliyyət göstərir və burada yüzdən çox insan təhsil alır. "Alman dilinin tədrisi mərkəzi digər xarici dil öyrədən müəssisələrdən fərqlənir. Belə ki, tədris mərkəzinin müəllimlərinin əksəriyyəti Almaniyda ixtisas kursu keçiblər. Mərkəzdə təkcə alman dili tədris edilmir. Biz burada təhsil alanları Almaniyanın mədəniyyəti və tarixi haqqında məlumatlandırırıq", - o deyib.

Əliyevanın sözlərinə görə, alman dilinin tədrisi mərkəzi Höte İnstitutu ilə ortaqdır. "İnstitut mərkəzə maliyyə dəstəyi göstərir və rəhbərliyə tövsiyələr verir. Gələcəkdə kursu bitirənlərə Höte İnstitututnun sertifikatı veriləcək", - o deyib.

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina deyib ki, mərkəzin fəaliyyəti Azərbaycanda alman dilinin tədrisi prosesini keyfiyyətli şəkildə əks etdirir. "Mərkəzin müəllimləri burada təhsil alanları o səviyyəyə çatdırmalıdırlar ki, onlar alman dilini bilməklə təkcə Almaniyada yox, eyni zamanda Azərbaycanda da iş tapa bilsinlər. Azərbaycanın Almaniya üçün əhəmiyyəti artır. Bir çox alman firması Azərbaycanda fəaliyyət göstərmək arzusundadır. Bu şirkətlər alman dilini yaxşı bilən azərbaycanlıları işlə təmin etməyə şad olacaqlar", - səfir deyib.

Höte İnstitutunun rəhbəri Verner Vella gələcəkdə də alman dilinin tədrisi üzrə bənzər mərkəzlərin açılacağına ümidvar olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti