Azərbaycan, Bakı, 14 sentyabr / Trend /
Azərbaycan cüdoçusu Elmar Qasımov İrəvanda keçirilən gənclər arasında Avropa çempionatının final mərhələsində çex Lukaş Krpalekə qalib gələrək qızıl medal qazanıb.
Elmar Qasımov 1/16 finalda fransız Klement Derve, 1/8 finalda avstriyalı Qabor Qeyer, 1/4 finalda belarus Anton Matseleviç və nəhayət yarımfinalda polyak Tomaş Domanski ilə görüşərək Avro-2009-un finalına çıxıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]