...

Azərbaycanda orta məktəb müəllimi azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 14 Sentyabr 2009 17:32 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şirvan şəhər sakini 46 yaşlı Şahin Məmi oğlu Fətullayevə hökm oxunub.
Azərbaycanda orta məktəb müəllimi azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı,14 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycanda orta məktəb müəllimi 9 il azadlıqdan məhrum edilib.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şirvan şəhər sakini 46 yaşlı Şahin Məmi oğlu Fətullayevə hökm oxunub. Məhkəmənin hökmü ilə Fətullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il sentyabrın 9-da Şirvan şəhər 21 saylı orta məktəbin binasında idman müəllimi Şahin Fətullayev aralarında yaranmış münaqişə zəminində 21 saylı orta məktəbin müəlliməsi Reyhan Vəlixan qızı Dadaşovanın sifətinə kimyəvi turşu töküb. Sifətindən kimyəvi yanıq xəsarətləri alan Dadaşova şəhər xəstəxanasına yerləşdirilib, həkimlərin tibbi yardım göstərməsindən sonra onun həyatını xilas etmək mümkün olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti