Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Axundov /
Makedoniyalı Qyoko Haciyevski Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Bu qərar onun klub rəhbərliyi ilə görüşündən sonra qəbul edilib, cümə axşamı Trend -a makedoniyalı mütəxəssis deyib.
Onun sözlərinə görə, baş məşqçi vəzifəsini tərk etməsinə baxmayaraq, o, klubu tərk etmir və "Bakı"da digər vəzifədə çalışacaq.
"Klubda işimi davam etdirəcəm. Çox güman, seleksiya işi və ya xarici klublarla bağlı vəzifə tutacam", - o deyib.
Azərbaycan Premyer Liqasının altı turundan sonra (milli komandanın oyunları ilə əlaqədar olaraq iki turun oyunları təxirə salınıb) "Bakı" komandası dörd xal toplayıb. Ötən mövsüm "Bakı" çempion olmuşdu.
Haciyevskinin sözlərinə görə, istefa barədə müzakirənin səbəbləri komanda ətrafında artıq uzun zamandır mövcud olan pis atmosferlə bağlıdır.
"Qarabağ" və "Xəzər Lənkəran" klubları da pis nəticə göstərirlər, lakin heç kim onların məşqçilərinin istefası barədə danışmır. Düşünürəm ki, hamı niyə bu barədə danışılmadığını bilir", - "Bakı"nın sabiq baş məşqçisi deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]