...

Almaniyalı mütəxəssislər Azərbaycanın futbol hakimləri üçün seminarlara başlayıb

Cəmiyyət Materials 5 Oktyabr 2009 12:18 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən bazar ertəsi Trend News-a bildiriblər ki, AFFA ilə Almaniya Futbol İttifaqı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti layihəyə start verilib.
Almaniyalı mütəxəssislər Azərbaycanın futbol hakimləri üçün seminarlara başlayıb

Azərbaycan, Bakı,5 oktyabr / Trend , muxbir F.Hüseynli/

Almaniyalı mütəxəssilər Azərbaycanın futbol hakimləri üçün seminarlara başlayıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, AFFA ilə Almaniya Futbol İttifaqı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti layihəyə start verilib.

Bu gündən etibarən almaniyalı mütəxəssislər Volfqanq Miersva və Mattias Eylesin rəhbərliyi ilə Unibank Premyer Liqada ədalət prinsiplərini qoruyan hakimlər üçün seminar keçirilir.

Nəzəri və parktiki məşğələlərdən ibarət olacaq seminar oktyabrın 8-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti