...

Azərbaycanda 18 yaşına çatmamış şəxslərin beynəlxalq transferi qadağandır -AFFA rəsmisi

Cəmiyyət Materials 6 Oktyabr 2009 16:02 (UTC +04:00)
"Son dövrlərdə futbolçuların uşaq yaşlarından üçüncü ölkələrdən inkişaf etmiş ölkələrə aparılaraq onların əməyinin istismar edilməsinin qarşısını almaq üçün FİFA bir sıra normativ sənədlərinə bu məsələlərlə bağlı maddələr daxil edib. Bu maddələrdən biri də FİFA-nın Status və Transfer haqqında Əsasnaməsinin 19-cu maddəsidir. Həmin maddəyə əsasən, 18 yaşdan aşağı olan futbolçunun beynəlxalq transferi qadağandır. Bu maddədən Azərbaycan futbolçularının da istifadə edə biləcəyi bir sıra istisnalar var", - Trend News-un məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) internet saytına müsahibəsində qurumun Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev deyib.
Azərbaycanda 18 yaşına çatmamış şəxslərin beynəlxalq transferi qadağandır  -AFFA rəsmisi

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanda 18 yaşına çatmamış şəxslərin beynəlxalq transferi qadağandır.

"Son dövrlərdə futbolçuların uşaq yaşlarından üçüncü ölkələrdən inkişaf etmiş ölkələrə aparılaraq onların əməyinin istismar edilməsinin qarşısını almaq üçün FİFA bir sıra normativ sənədlərinə bu məsələlərlə bağlı maddələr daxil edib. Bu maddələrdən biri də FİFA-nın Status və Transfer haqqında Əsasnaməsinin 19-cu maddəsidir. Həmin maddəyə əsasən, 18 yaşdan aşağı olan futbolçunun beynəlxalq transferi qadağandır. Bu maddədən Azərbaycan futbolçularının da istifadə edə biləcəyi bir sıra istisnalar var", - Trend -un məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) internet saytına müsahibəsində qurumun Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev deyib.

Onun sözlərinə görə, FİFA və UEFA-nın normativ sənədləri yetkinlik yaşına çatmayan futbolçuların hansı yaşda peşəkar müqavilə bağlamaq hüquqlarını nəzərdə tutan normanı dəqiq müəyyən etmir. "Mövcud normaları təfsir etsək, belə bir nəticəyə gələ bilərik", - o deyib.

"Hətta 16 və 17 yaşlarında belə futbolçular peşəkar müqavilə bağlaya, yəni onlara sərf edilən məbləğdən artıq məbləğ alıb peşəkar sayıla bilərlər. Sadəcə olaraq, burada bir hüquqi nüansı nəzərə almaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 18 yaşına çatmamış şəxslər tam fəaliyyət qabiliyyətli sayılmırlar, yəni onlar bəzi əqdləri çıxmaq şərti ilə müstəqil şəkildə müqavilə bağlaya bilməzlər. Onlar ancaq öz valideyinləri və ya himayəçilərinin razılığı ilə hər hansı bir müqavilənin tərəfi ola bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən, on beş yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər, lakin bu zaman valideyn və ya himayəçinin mütləq şəkildə razılığı lazımdır", - Malıyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti