...

Azərbaycanda türkoloq alim Xalid Səid Xocayev haqqında ilk kitab nəşr olunub

Cəmiyyət Materials 7 Oktyabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda 1937-ci il repressiyasının qurbanı olmuş türkoloq alim Xalid Səid Xocayev haqqında ilk kitab nəşr olunub. Kitabın müəllifi tədqiqatçı, filoloq Azər Turandır.

"Bu kitab geniş ictimaiyyəti Xalid Səid Xocayev yaradıcılığı ilə tanış edəcək". - "Xalid Səid Xocayev" kitabının təqdimat mərasimində xalq şairi Zəlimxan Yaqub deyib

Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, türk dünyasının böyük mütəfəkkiri Mahmud Kasğarinin "Divani Lüğətit-Türk" əsərini ilk dəfə tərcümə edən Xalid Səid Xocayev olub. "Hətta Türkiyə türkcəsinə çevrilməzdən xeyli əvvəl o, bu əsəri tərcümə edib. Amma tərcüməni başa çatdırandan sonra onu həbs ediblər. Bu tərcümənin bu gün də harada olduğu məlum deyil və bu hamımızı narahat edir. İstərdik ki, bu əsərin tərcüməsi üzə çıxarılsın. O vaxt Xocayev həbs olunanda bu tərcüməni də götürüblər. Bu tərcümənin tapılıb nəşr olunması çox önəmlidir. Çünki ilk tərcümədir. Onun Azərbaycanda latın əlifbasına keçidlə bağlı aparılan işlərdə böyük rolu olub. Həmçinin onun türk xalqlarının qədim abidəsi olan Orxon-Yenisey abidələrinin tədqiq edilməsində böyük rolu olub", - Paşayeva deyib.

"Onun Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqlə eyni gündə həbs olunması onu göstərirdi ki, o, azərbaycanın önəmli ziyalılarından biri olub və məhz buna görə də repressiyanın qurbanına çevrilib", - Paşayeva qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti