...

Azərbaycanda tolerantlıq yüksək səviyyədədir - Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri

Cəmiyyət Materials 9 Oktyabr 2009 14:26 (UTC +04:00)
Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu deyib.
Azərbaycanda tolerantlıq yüksək səviyyədədir - Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir V.Javoronkova/

Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu deyib.

Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri cümə günü mətbuat konfransında deyib ki, Azərbaycanda xristian dininə itaət edən vətəndaşlar bu ölkədə özlərini rahat hiss edirlər. Bunun üçün Azərbaycanda kilsələr fəaliyyət göstəriri, "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunub və digər dinlərin nümayəndələri ilə mehriban münasibətlər yaradılıb.

O əlavə edib ki, rus pravoslav kilsəsi də xarqlar arasında dostluğun inkişafı və Azərbaycanda sosial-siyasi stabilliyin qorunması üçün töhvə verib.

Onun sözlərinə görə, Azərbaycanda üç provaslav kilsəsi fəaliyyət göstərir. "Lakin bu azdır və biz əlavə kilsələrin tikilməsi barədə məsələ qaldırmışıq", - Aleksandr belə deyib.

"Rus provaslav kilsəsi Azərbaycan rəhbərliyini dəstəkləyir və müstəqil həyatında xalqa uğurlar arzulayır. Keçən əsrin 90-cı illərində Azərbaycandakı provaslav kilsəsi üçün çətin dönəmlər idi. Azərbaycan yüksək səviyyəli tolerantlığı ilə seçilir. Müsəlmanlar və yerli azərbaycanlılar həmişə bizi dəstəkləyiblər", - Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr belə deyib.

Xəbər lenti

Xəbər lenti