...

Azərbaycan avarçəkənlərinin birinciliyinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 15 Oktyabr 2009 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın avarçəkənlərin birinciliyinin açılış mərasimi keçirilib.

Bu gün Mingəçevir şəhərindəki "Kür" Təlim-Tədris İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Milli Avarçəkmə Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri iştirak ediblər.

Ölkə birinciliyi 3 yaş kateqoriyası (1991-1992, 1993-1994 və 1995-1996) üzrə keçiriləcək. Sabah start götürəcək yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik sükansız (2-), 4 nəfərlik qoşa avarlı (4X) və 4 nəfərlik sükansız (4-) qayıqlarda çıxış edəcəklər. Onlardan 1991-1992-ci il təvəllüdlülər 2000 metr, 1993-1994-cü il təvəllüdlülər 1500 metr, 1995-1996-cı il təvəllüdlülər isə 1000 metr məsafələrə yürüş edəcəklər. Kayak və kanoeçilər isə 1 və 2 nəfərlik qayıqlarla (K-1, K-2, C-1, C-2) 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılacaqlar. Çempionata oktyabrın 17-də yekun vurulacaq.

Bütün mükafatçılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Avarçəkmə Federasiyasının diplomları ilə tərtif olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti