Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir M.Əliyev/
Oktyabrın 27- də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın prokurorluq orqanlarındakı boş vəzifələrin tutulması üçün imtahan keçirəcək. Bu barədə bazar ertəsi TQDK-nın mətbuat xidmətindən Trend -a bildiriblər.
Sənədlərin qəbulu Azərbaycan Prokurorluğu tərəfindən aparılıb və 80 boş yerə 545 namizəd ərizə verib. İmtahanlar saat 10:00-da Azərbaycan Texniki Universitetində keçiriləcək.
İmtahan üç saat davam edəcək. 100 sualdan 60-na cavab verən namizədlər növbəti mərhələyə keçəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]