...

Azərbaycanlı cüdoçu erməni idmançısını məğlub edərək 1/4 finala yüksəlib

Cəmiyyət Materials 22 Oktyabr 2009 16:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı cüdoçu İlqar Müşkiyev birinci mərhələdə inamlı qələbə qazanıb. O, avstriyalı Matias Hemeri ippon fəndinə salıb.
Azərbaycanlı cüdoçu erməni idmançısını məğlub edərək 1/4 finala yüksəlib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir F.Hüseynli/

Fransanın paytaxtı Parisdə bu gün gənc cüdoçular arasında dünya çempionatına start verilib.

Trend -un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı cüdoçu İlqar Müşkiyev birinci mərhələdə inamlı qələbə qazanıb. O, avstriyalı Matias Hemeri ippon fəndinə salıb.

Cüdoçumuzun mükafatlara gedən yolda növbəti rəqibi Ermənistan idmançısı Qriqor İvanyan olub. Müşkiyev bu dəfə də yaxşı təsir bağışlayaraq, erməni cüdoçusunu məğlub edib. Rəqibini bir vazari xalı ilə üstələyən İlqar 1/4 finala yüksəlib.

Yarışda Azərbaycanın idman şərəfini 6 oğlan və 3 qız cüdoçu qoruyur. Çempionatın ilk günündə 2 həmyerlimiz tatami üzərinə çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti