...

Yaxın zamanda Azərbaycanda doktoranturaya qəbul qaydaları müəyyən ediləcək - AMEA-nın vitse-prezidenti

Cəmiyyət Materials 29 Oktyabr 2009 11:40 (UTC +04:00)
İki ay ərzində Azərbaycanda doktoranturaya qəbul qaydaları müəyyənləşdiriləcək, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasınn (AMEA) vitse-prezidenti Arif Həşimov bildirib.
Yaxın zamanda Azərbaycanda doktoranturaya qəbul qaydaları müəyyən ediləcək - AMEA-nın vitse-prezidenti

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir M.Əliyev /

İki ay ərzində Azərbaycanda doktoranturaya qəbul qaydaları müəyyənləşdiriləcək, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasınn (AMEA) vitse-prezidenti Arif Həşimov bildirib.

Onun sözlərinə əsasən, iki ay ərzində Təhsil Nazirliyi, AMEA, Ali Attestasiya Komissiyası, Ədliyyə və Maliyyə Nazirlikləri doktoranturaya yeni qəbul qaydaları barədə təklifləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.

"Bu qaydalar elmin inkişaf strategiyasına uyğun olmalıdır", - Həşimov qeyd edib. "Onların təsdiq edilməsindən sonra doktoranturaya qəbul elan olunacaq", - AMEA-nın vitse-prezidenti bildirib.

Azərbaycan Parlamenti bu ilin iyun ayında "Təhsil haqqında" yeni qanun qəbul edib.

Xəbər lenti

Xəbər lenti