...

İranın "İmam Xomeyni adına İmdad Komitəsi"nin sədri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 9 Noyabr 2009 13:37 (UTC +04:00)
İranın “İmam Xomeyni adına İmdad Komitəsi”nin sədri Hüseyn Ənvari noyabrın 10-da Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bazar ertəsi Trend News-a bildirib.
İranın "İmam Xomeyni adına İmdad Komitəsi"nin sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 9 noyabr / Trend , müxbir T.Cəfərov/

İranın "İmam Xomeyni adına İmdad Komitəsi"nin sədri Hüseyn Ənvari noyabrın 10-da Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bazar ertəsi Trend -a bildirib.

İskəndərinin sözlərinə görə, Ənvari səfər zamanı Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev və Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüş keçirəcək.

Səfərin məqsədi iki ölkə arasında humanitar sahədə əməkdaşlığı genişləndirməkdir.

Ənvari həmçinin noyabrın 11-13-də "Dəniz Vağzalı"nda İmdad Komitəsi tərəfindən Azərbaycanın aztəminatlı ailələrinin qabiliyyət və fəaliyyətlərini əks etdirən sərginin açılış mərasimidə iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti