...

Azərbaycanda "donuz qripi"nə yeni yoluxma faktı qeydə alınıb

Cəmiyyət Materials 11 Noyabr 2009 13:07 (UTC +04:00)
Azərbaycanda daha bir A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanda "donuz qripi"nə yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda daha bir A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.

"Xəstə Bakı sakinidir", - məlumatda deyilir. Xəstənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir və o, ambulator müalicə keçir.

Bununla da, indiyədək Azərbaycanda A/H1N1 virusuna 14 yoluxma faktı qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti