...

Azərbaycandakı sosial-iqtisadi inkişaf ölkəyə gələn əcnəbilərin sayının artmasına səbəb olub - Dövlət Miqrasiya Xidmətinin rəisi

Cəmiyyət Materials 20 Noyabr 2009 14:19 (UTC +04:00)
Azərbaycandakı sosial-iqtisadi inkişaf ölkəyə gələn əcnəbilərin sayının artmasına səbəb olub. Trend News-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov cümə günü Lənkəranda Regional Miqrasiya İdarəsinin yeni inzibati binasının açılış mərasimində jurnalistlərə bildirib.
Azərbaycandakı sosial-iqtisadi inkişaf ölkəyə gələn əcnəbilərin sayının artmasına səbəb olub - Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan, Lənkəran, 20 noyabr / Trend , muxbir P.Əliyeva/

Azərbaycandakı sosial-iqtisadi inkişaf ölkəyə gələn əcnəbilərin sayının artmasına səbəb olub.

Trend -un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov cümə günü Lənkəranda Regional Miqrasiya İdarəsinin yeni inzibati binasının açılış mərasimində jurnalistlərə bildirib.

"İnsanlar yaxşı həyat tərzi və münasib iş üçün yaşayış yerlərini dəyişirlər. Azərbaycan bu baxımdan əlverişli ölkədir. Ona görə də, Azərbaycana gələn əcnəbilər də çoxdur", - deyə Rəhimov vurğulayıb.

O deyib ki, son illər respublikaya gələn miqrantların əsas hissəsini MDB, Asiya ölkələrinin, Türkiyə, İran, Avropanın bir çox dövlətlərinin vətəndaşları təşkil edir.

Xidmət rəisi Azərbaycana gələn miqrantların sırasında qanunsuz miqrantların da olduğunu və onlara qarşı müvafiq tədbirlərin görüldüyünü bildirib.

Bundan öncə Yevlax və Şirvan şəhərlərində DMX-nin regional idarələri fəaliyyətə başlayıb.

DMX miqrasiya prosesinə nəzarətin təmin olunması məqsədilə 19 mart 2007- ci ildə yaradılıb. Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti yaşayış müddətlərinin artırılmasna dair qərarların qəbulu, onlara müvəqqəti və daimi yaşamağa icazə, qaçqın statusunun verilməsi, vətəndaşlıq məsələlərinin baxılması və s. məsələlər üzrə fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti