...

Azərbaycanın Mətbuat Şurası KİV-lərlə bağlı şikayətlərə baxıb

Cəmiyyət Materials 20 Noyabr 2009 17:49 (UTC +04:00)
"Şuranın şikayətlər üzrə komissiyasının iclasında H.Qasımov adına 1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyevanın "Mozalan" jurnalı ilə bağlı şikayəti müzakirə edilib", - cümə günü Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycanın Mətbuat Şurası KİV-lərlə bağlı şikayətlərə baxıb

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurasının (MŞ) komissiyasında bir jurnal və üç qəzetlə bağlı şikayətlərə baxılıb.

"Şuranın şikayətlər üzrə komissiyasının iclasında H.Qasımov adına 1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyevanın "Mozalan" jurnalı ilə bağlı şikayəti müzakirə edilib", - cümə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası bir müddət əvvəl 84 qəzetin "reket" nəşr kimi "qara siyahısı"nı açıqlayıb. Şura onların bir neçəsi ilə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına da müraciət edib.

Komissiya jurnalda 2009-cu ilin oktyabr ayında həmin tibb mütəxəssisi barədə gedən mətni, təsviri, həmçinin seçilən metodu "reket jurnalistika"ya xas üsul kimi dəyərləndirib. "İclasda nəşrin fəaliyyətinin Şuranın "reket" jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən də araşdırılması, yekunda məsələnin MŞ İdarə Heyətində müzakirəsi qərara alınıb", - məlumatda vurğulanır.

İclasda "Zirvə", "Son söz", "Sağlam xəbər" qəzetləri ilə də bağlı şikayətlərə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti