...

Qafqazın müsəlman ruhaniləri regionda millətlərarası və dinlərarası sülhün saxlanmasına görə hörmətə layiqdir - Sergey Narışkin

Cəmiyyət Materials 23 Noyabr 2009 16:53 (UTC +04:00)
Qafqazın müsəlman ruhaniləri regionda millətlərarası və dinlərarası sülhün saxlanmasına görə tam hörmətə layiqdir. Bu barədə Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bazar ertəsi Bakıda deyib.
Qafqazın müsəlman ruhaniləri regionda millətlərarası və dinlərarası sülhün saxlanmasına görə hörmətə layiqdir - Sergey Narışkin

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Qafqazın müsəlman ruhaniləri regionda millətlərarası və dinlərarası sülhün saxlanmasına görə tam hörmətə layiqdir. Bu barədə Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bazar ertəsi Bakıda deyib.

Narışkin Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə onun 60 illik yubileyi və şeyxülislamlıq fəaliyyətinin 30 illiyi ilə əlaqədar olaraq Rusiya Federasiyasının "Şərəf" ordenini təqdim edib.

"Qafqaz milli və mədəni müxtəliflik üzrə unikal regiondur və siz müsəlman dünyasında böyük nüfuza maliksiniz", - Narışkin Şeyxülislama müraciət edərək deyib.

Onun sözlərinə görə, Qazqazda müsəlman cəmiyyəti çox sürətlə inkişaf edir, məscidlər və mədəniyyət mərkəzləri tikilir və bütün bu işlərdə Paşazadənin xidmətləri çox böyükdür.

"Siz hər zaman bu işdə Azərbaycan ənənələrini möhkəmləndirirsiniz", - o deyib.

Narışkin həmçinin MDB-nin Dinlərarası Şurasında Şeyxülislamın rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu təşkilat regionda razılıq və sülhün inkişafı, eləcə də mədəni dilaoqların inkişafı üçün bir çox işlər görən unikal dinlərarası təşkilatdır.

RF Prezident Administrasiyasının rəhbəri Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində Qafqaz müsəlmanları dini liderinin əhəmiyyətli rol oynadığını bildirib.

Xəbər lenti

Xəbər lenti