...

ATƏT Azərbaycanın məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi qəbul etmiş ölkələr sırasına qoşulacağına ümid edir

Cəmiyyət Materials 25 Noyabr 2009 11:20 (UTC +04:00)
ATƏT ümid edir ki, məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi qəbul etmiş dünyanın 60-a yaxın ölkəsi sırasına Azərbaycan da qoşulacaq, Trend News-un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən tədbirində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib.
ATƏT Azərbaycanın məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi qəbul etmiş ölkələr sırasına qoşulacağına ümid edir

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

ATƏT ümid edir ki, məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi qəbul etmiş dünyanın 60-a yaxın ölkəsi sırasına Azərbaycan da qoşulacaq, Trend -un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən tədbirində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel  deyib.

"Azərbaycanda məişət zorakılığı haqqında qanun layihəsi 2008-ci ildə Milli Məclisin müzakirəsinə çıxarılıb, lakin yenidən işlənməsi üçün geri qaytarılıb. Həmin layihə təkliflər nəzərə alınaraq təkmilləşdirilib. Bu qanunun qəbulu ilə məişət zorakılığı problemini bir dəfəlik həll etmək mümkün olmayacaq. İctimaiyyət özü bu problemi qəbul etməli, onun həllində maraqlı olmalıdır və ictimaiyyət arasında maarifləndirmə aparılmalıdır" , - səfir bildirib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

Cankorel qeyd edib ki, son illər ərzində Bolqarıstan, Qırğızıstan , Ukrayna və Gürcüstan kimi ATƏT-ə üzv olan bir sıra dövlətlər məişət zorzkılığına qarşı qanun qəbul edib.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti