...

Azərbaycanda zorlamada təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 18 Dekabr 2009 17:22 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Gəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov və Elşad Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda zorlamada təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə dair İşlər üzrə MəhkəməGəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov və Elşad Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanla (ad şərti verilib) qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Zərərçəkmişlərin şikayəti əsasında təqsirləndirilən şəxsləri Gəncə şəhər Polis İdarəsinin əməkdaşları tutublar.

Onlar Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama (149.2.1), bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək (221.2.1) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti