...

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 8 Yanvar 2010 17:36 (UTC +04:00)
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi, 1995-ci ildən axtarışda olan Məmmədəli Əliyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində Rəhim Qazıyev, Əlikriam Hümbətov, Baba Nəzərli və Arif Paşayevi Məhəmmədli kəndində gizlətməyinə dair ittihamlarla razı olduğunu bildirib.

Əliyev 1996-cı ildə Respublika Prezidentinin həyatına qəsd etmək planlarının işlənib hazırlanmasında, dövlət çevrlişi etmək üçün terrorçu qrupların yaradılmasında iştirakına dair ittihamları qəbul etməyib.

Əliyev daha sonra qeyd edib ki, sabiq müdafiə naziri Rəhim Qazıyevin, Baba Nəzirlini, Əlilkram Hümbətovu və Surət Hüseynovun MTN-nin istintaq təcridxanasından qaçırılmasının təşkilində iştirak edib.

Əliyev deyib ki, Rəhim Qazıyev, Baba Nəzərli və Surət Hüseynovun respublikadan getmələrini təşkil etməklə yanaşı, onlardan əvvəl təyyarə ilə Moskvaya gedib və onları Moskvada qarşılyaraq, lazımı yerlərdə yerləşdirib. O, qeyd edib ki, "Əmək" partiyasının rəhbəri Ayaz Mütəllibov və digər şəxslərlə mütamadi əlaqə saxlayıb və dövlət çevrilişinə cəhd etmiş sabiq baş nazir Sürət Hüseynovla da görüşüb.

O, özünü dövlət çevrilişi planları hazırlanmasında iştirak etmədiyini, prezidentin təyyarəsini vurmaq üçün fəaliyət göstərdiyini inkar edib. Əliyev ifadəsində 1995-ci il mart hadəsələrindən sonra axtarıldığını və həbs ediləcəyini başa düşərək, Moskvaya getdiyini etiraf edib.

Əliyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyatçısı Hacı Məmmədovun ifadəsi əsasında 2008-ci ilin oktyabrın 28-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Əliyev kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də "QAZ-2410" markalı avtomobili ilə birlikdə oğurlayıb və qohumlarından külli miqdarda pul tələb edib. Lakin məqsədinə çata bilmədiyindən qanunsuz saxladığı avtomat silahla Piryevi qətlə yetirib.

Əliyev Piriyevi öldürdükdən sonra hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində Baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək və meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov onunla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalçaya bükərək iplə bağlayıb və Məmmədovla birlikdə Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.

Xəbər lenti

Xəbər lenti