...

Azəbaycanda ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq - nazir

Cəmiyyət Materials 14 Yanvar 2010 13:04 (UTC +04:00)
Azəbaycanda hər bir tələbəyə qənaətlə vəsait təqdim edilməsini nəzərdə tutan ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq.
Azəbaycanda ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq - nazir

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir M.Əliyev/

Azəbaycanda hər bir tələbəyə qənaətlə vəsait təqdim edilməsini nəzərdə tutan ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizm tətbiq olunacaq. Bu barədə cümə axşamı təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Dünya Bankının (DB) dəstəyi ilə ali təhsilin inkişafı üzrə həmin mexanizmə qoşulacaq layihə hazırlanır. DB layihənin reallaşdırılması üçün kredit ayırmağa hazırdır.

Nazir deyib ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil müəssisələri arasında rəqabət mühitinin yaradılmasına yardım edəcək.

2009-cu ildə dövlət büdcəsindən ali təhsilə ayrılmış vəsaitlər 121,4 milyon manat, 2008-ci ildə isə 84,2 milyon manat təşkil edib.

Bu gün Bakıda Azərbaycanın Təhsil Nazirliyi və DB-nin yeni layihəsinə həsr olunmuş seminar keçirilir. Müzakirələrdə Litvanın təhsil naziri, Tələbə Qəbulu üzrə Dövlət komissiyasının rəhbəri və Azərbaycanın Prezident Administrasiyasının nümayəndələri, ali təhsil müəssisələrinin rektorları iştirak edir.

Xəbər lenti

Xəbər lenti