...

Qanlı Yanvar faciəsinin 20-ci ildönümü Nyu-Yorkda qeyd edilib

Cəmiyyət Materials 21 Yanvar 2010 04:50 (UTC +04:00)
Qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində tədbir keçirilmişdir. Tədbir çərçivəsində 20 yanvar 1990-cı il tarixində xalqımızın azadlığı naminə öz həyatlarını qurban vermiş Azərbaycan oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend News-a xəbər verilib.
Qanlı Yanvar faciəsinin 20-ci ildönümü Nyu-Yorkda qeyd edilib

Qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində tədbir keçirilmişdir. Tədbir çərçivəsində 20 yanvar 1990-cı il tarixində xalqımızın azadlığı naminə öz həyatlarını qurban vermiş Azərbaycan oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend -a xəbər verilib.

Bundan sonra, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab A.Mehdiyev çıxış etmişdir. Çıxışı zamanı o, 20 yanvar faciəsi ilə bağlı fikirlərini görüş iştirakçıları ilə bölüşərək, bunun bir qəhrəmanlıq salnaməsi olduğunu və şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının yaddaşında qalacağını qeyd etmişdir.

Tədbirdə Daimi Nümayəndəliyin əməkdaşları, Nyu-Yorkda yaşayan Azərbaycan diasporasının rəhbərləri və üzvləri iştirak etmişlər.

Həmçinin, 20 yanvar faciəsi ilə bağlı Nyu-Yorkda rus dilində buraxılan "Yeni Hədd" qəzetində məqaləsi çap edilmişdir. Məqalədə 20 yanvar faciəsinin baş vermə səbəbləri, nəticələri və onun Azərbaycan xalqı üçün əhəmiyyəti barədə oxuculara ətraflı məlumat verilir.

Cari ilin 19 yanvar tarixində qanlı 20 yanvar faciəsinə dair Daimi Nümayəndəlik tərəfindən BMT Baş Katibinə, BMT Katibliyinin əsas idarələrinə və BMT üzv dövlətlərinin BMT yanında Daimi Nümayəndəliklərinə press-reliz göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti