...

Azərbaycanın Ağstafa rayonunda "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda müşavirə keçirilib

Cəmiyyət Materials 25 Yanvar 2010 16:02 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda müşavirə keçirilib.
Azərbaycanın Ağstafa rayonunda "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda müşavirə keçirilib

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın qərbində yerləşən Ağstafa rayonunda (paytaxt Bakıdan 430 kilometr məsafədə) Heydər Əliyev Mərkəzində "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda müşavirə keçirilib.

Trend -un məlumatına görə, müşavirədə məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov 2005-2009-cu illərdə təhsilin inkişaf istiqamətləri, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim və şagird kontingentinin formalaşması vəziyyəti, həmçinin texniki peşə təhsili məsələləri barədə geniş məlumat verib.

Bildirilib ki, "Texniki peşə təhsili sahəsinin inkişafına dair" Dövlət Proqramına uyğun olaraq Ağstafada Peşə Tədrisi Mərkəzinin tikintisi nəzərdə tutulur. Həmin mərkəzdə kənd təsərrüfatı sahəsində ixtisaslı kadrların hazırlanması planlaşdırılır.

Rayonda Almaniya şirkətləri tərəfindən inşa olunan "Ağstafasüd" kompleksinin ixtisaslı kadrlarla təmin olunmasında bu mərkəzin əhəmiyyətli rolu olacaq. Dörd təsərrüfatı əhatə edən bu kompleks üçün müvafiq kadrların hazırlanmasının peşə tədrisi mərkəzində həyata keçirilməsi nəzərdə tutulur.

Müşavirədə Ağstafa, QazaxTovuz rayonlarının pedoqoji fəaliyyətdə fərqlənən müəllimlərinə nazirliyin "Fəxri Fərman"ı təqdim edilib.

Tədbirdə millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və hər üç rayonun təhsil işçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti