...

Azərbaycan paytaxtında güclü qar yağması ilə əlaqədar məhkəmələrdə bugünə təyin olunmuş proseslər təxirə salınıb

Cəmiyyət Materials 5 Fevral 2010 12:39 (UTC +04:00)
Trend News-un məlumatına görə, fevralın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə və Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə bugünə təyin olunmuş məhkəmə prosesləri qeyri-müəyyən vaxta təxirə salınıb.
Azərbaycan paytaxtında güclü qar yağması ilə əlaqədar məhkəmələrdə bugünə təyin olunmuş proseslər təxirə salınıb

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında güclü qar yağması ilə əlaqədar olaraq məhkəmələrdə bugünə təyin olunmuş proseslər təxirə salınıb.

Trend -un məlumatına görə, fevralın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə və Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə bugünə təyin olunmuş məhkəmə prosesləri qeyri-müəyyən vaxta təxirə salınıb.

Fevralın 4-dən 5-nə keçən gecə Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakıda güclü qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti