...

Ukrayna Azərbaycanlıları Konqresi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirdiyinə görə Trend BİA-nı fəxri diplomla təltif edib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2010 13:44 (UTC +04:00)
Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən Trend Informasiya Agentliyi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktivlik nümayiş etdirdiyinə və Dağlıq Qarabağ həqiqətlərinə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmi hazırladığına görə xüsusi diplomla təltif olunub.
Ukrayna Azərbaycanlıları Konqresi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirdiyinə görə Trend BİA-nı fəxri diplomla təltif edib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən Trend Informasiya Agentliyi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktivlik nümayiş etdirdiyinə və Dağlıq Qarabağ həqiqətlərinə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmi hazırladığına görə fəxri diplomla təltif olunub.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov çıxışında bildirib ki, erməni vandalizminin xarici ölkələrdə təbliği əsasən Azərbaycan mətbuatından asılıdır.

"Bu istiqamətdə Trend-in xidmətləri yüksək qiymətləndirilməlidir. Vətəndaşlıq mövqeyindən çıxış edən informasiya agentliyinin hazırladığı film isə Dağlıq Qarabağ həqiqətlərinin yayılmasına böyük töhfə verəcək", - Gülməmmədov əlavə edib.

UAK sədri diplomu Kiyevdə səfərdə olan Trend İnformasiya Agentliyinin direktor müavini Emil Hüseynliyə təqdim edib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin hazırladığı "Sözün bitdiyi zaman" adlı sənədli filmin fevralın 22-də Donetsk şəhərində, fevralın 24-də isə Kiyev şəhərində təqdimatı keçirilib.

Tədbirdə, həmçinin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktivlik nümayiş etdirdiyinə görə "525-ci" qəzet də fəxri diplomla təltif olunub. Diplom qəzetin redaktor müavini Aydın Bağırova təqdim edilib.

UAK sədri bildirib ki, "525-ci" qəzet Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün daima oxucularına informasiyalar çatdırır.

Xəbər lenti

Xəbər lenti