...

Ötən il Azərbaycan məhkəmələrində 96 min 129 işə baxılıb

Cəmiyyət Materials 2 Mart 2010 11:10 (UTC +04:00)
Ötən il Azərbaycan məhkəmələrində 96 min 129 işə baxılıb. Onlardan 75 min 269-u mülki iş olub. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı Ali Məhkəmədə keçirilən ilin yekunlarına dair iclasda məhkəmənin sədri Ramiz Rzayev deyib.
Ötən il Azərbaycan məhkəmələrində 96 min 129 işə baxılıb

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycan məhkəmələrində 96 min 129 işə baxılıb. Onlardan 75 min 269-u mülki iş olub. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Ali Məhkəmədə keçirilən ilin yekunlarına dair iclasda məhkəmənin sədri Ramiz Rzayev deyib.

"Hesabat dövründə 14 min cinayət və hərbi işlərə baxılıb. Baxılan işlərdən 4 862-si kassasiya instansiyasında baxılıb. Bu ümumi işlərin 5 faizi deməkdir. Baxılan işlərin 12-13 faizi isə apelyasiya instansiyasından keçib", - Rzayev əlavə edib.

Rzayev bildirib ki, hakim əsaslı ədalətli qərar qəbul etməlidir.

"Hakim öz qərarının ədalətliliyinə qarşı tərəfi inandırmalıdır. Hakimlərin müstəqilliyi onların özündən asılıdlır. Hakimlər daxilən müstəqil olmalıdır və müstəqil qərar qəbul etməkdən çəkinməməlidir", - Ali Məhkəmənin sədri bildirib.

Xəbər lenti

Xəbər lenti