...

Azərbaycan gimnastları Portuqaliyanın Portimao şəhərində Dünya Kubokunda iştirak edəcəklər

Cəmiyyət Materials 9 Mart 2010 17:03 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan millisi Portuqaliyanın Portimao şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Azərbaycan gimnastları Portuqaliyanın Portimao şəhərində Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/

Bədii gimnastika üzrə Azərbaycan millisi Portuqaliyanın Portimao şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Yarışda Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, böyüklərdən ibarət komanda, həmçinin, cavan qızlardan Lalə Yusifova, Jalə Qaratova, Ayşə Mustafayeva və Yekaterina Prokopenko çıxış edəcəklər.

Yarış martın 11-dən 14-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti