...

Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir - Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi

Cəmiyyət Materials 12 Mart 2010 13:46 (UTC +04:00)
Azərbaycan dövlətinin və KİV-in inkişaf tempinin üst-üstə düşməsinin vaxtı çatıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin KİV ilə iş sektorunun müdiri Vüqar Əliyev belə hesab edir.
Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir - Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Y.Ostapenko/

Azərbaycan dövlətinin və KİV-in inkişaf tempinin üst-üstə düşməsinin vaxtı çatıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin KİV ilə iş sektorunun müdiri Vüqar Əliyev belə hesab edir.

"Azərbaycan mediası regional lider olan ölkənin statusuna uyğun olmalıdır", - Əliyev cümə günü demokratik cəmiyyətdə KİV-in roluna həsr olunmuş konfrans çərçivəsində jurnalistlərə bildirib.

Onun fikrincə, Azərbaycan mətbuatının beynəlxalq səviyyəyə çıxmasının və regionun media məkanında öz təsir imkanlarını genişləndirməsinin vaxtı çatıb.

Əliyevin fikrincə, dövlət kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqət yetirir ki, bu da KİV-in koordinasiya edilmiş işinin yaradılmasına və Azərbaycanda KİV-in qlobal informasiya məkanında səs hüququ əldə etməsinə səbəb ola bilər. "Bu, ilk növbədə, Azərbaycan KİV-in ölkə  haqqında reallıqları dünyaya çatdıra bilməsi üçün lazımdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti