...

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə bəraət verilməsi zərərçəkmişin etirazına səbəb olub

Cəmiyyət Materials 12 Mart 2010 16:48 (UTC +04:00)
Qətlə yetirilən Tərtər rayonunun Yenikənd qəsəbə sakini Fərman İsmayılovun anası Təzəgül İsmayılova bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün ədalətsiz olduğunu bildirib.
Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə bəraət verilməsi zərərçəkmişin etirazına səbəb olub

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə bəraət verilməsi zərərçəkmişin etirazına səbəb olub.

Qətlə yetirilən Tərtər rayonunun Yenikənd qəsəbə sakini Rafiq İsmayılovun anası Təzəgül İsmayılova bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün ədalətsiz olduğunu bildirib. İsmayılova qeyd edib ki, oğlunun Fuad Allahverdiyev tərəfindən öldürüldüyü istintaq materialları ilə tam sübuta yetirilsə də, ona məlum olmayan səbəblərdən məhkəmə ədalətsiz və əsassız olaraq bəraət hökmü çıxarıb.

Bir neçə gün öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adamöldürmə (120.2.4) maddəsi ilə təqsirləndirilən Tərtər rayon sakini Fuad Allahverdiyevə bəraət verib və onu məhkəmə zalından azadlığa buraxıb.

İttihama görə, Fuad Allahverdiyev ötən il iyunun 19-da Tərtər rayonunun Yenikənd qəsəbəsində həmyerlisi Rafiq İsmayılovu qətlə yetirib.

Konfransda iştirak edən vəkil məhkəmə hökmünün qanunsuz olduğunu sübutlarla əsaslandırıb və hökmdən apelyasiya şikayəti verəcəklərini deyib.

Xəbər lenti

Xəbər lenti