...

Azərbaycanda 30 dini icma sədrinə qeydiyyatdan keçmək haqqında sənəd təqdim olunub

Cəmiyyət Materials 15 Mart 2010 15:29 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi.
Azərbaycanda 30 dini icma sədrinə qeydiyyatdan keçmək haqqında sənəd təqdim olunub

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 30 dini icma sədrinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçmək haqqında sənəd təqdim olunub.

Komitənin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Dövlət qeydiyyatına alınmaq üçün 800-ə yaxın dini qurumun sənədləri Dövlət Komitəsinə daxil olub. Onlardan 252-si artıq dövlət qeydiyyatına alınıb. Orucov bildirib ki, yaxın iki ayda qeydiyyat prosesinin yekunlaşdırılması nəzərdə tutulub.

Komitə sədri icma sədrləri ilə görüşdə vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. O qeyd edib ki, bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər.

"Başqa ölkələrin dövlət-din münasibətləri modeli Azərbaycana idxal edilə bilməz. Belə mənfi meyillərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Azərbaycan dövləti üçün hansısa məzhəb və təriqət yox, bütöv İslam və bu dinin yüksək dəyərləri var. Həmin dəyərlərin qorunmasında dini icmalar dövlətə və cəmiyyətə yaxından kömək göstərməlidirlər", - deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti