...

Təhsil Nazirliyi pulsuz "qaynar xətt" xidməti yaradılmasını planlaşdırır – Misir Mərdanov

Cəmiyyət Materials 19 Mart 2010 13:06 (UTC +04:00)
Təhsil Nazirliyi pulsuz "qaynar xətt" xidmətinin yaradılmasını planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib
Təhsil Nazirliyi pulsuz "qaynar xətt" xidməti yaradılmasını planlaşdırır – Misir Mərdanov

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi pulsuz "qaynar xətt" xidmətinin yaradılmasını planlaşdırır. Bu barədə cümə günü juralistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

"Azercell ilə danışıqlar aparılaraq pulsuz "qaynar xətt" xidməti yaratmaq istəyirik. İctimaiyyətin təhsil sistemi ilə bağlı davamlı  suallarını cavablandırmaq üçün bu vacibdir", - Mərdanov qeyd edib.

Bakı Şəhər Təhsil İdarəsinin məktəblərdə mətbuat xidmətinin yaradılması barədə təklifinə münasibt bildirən nazir buna heç bir ehtiyacın olmadığını deyib.

"Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətləri var və oradan yetərincə məlumat almaq olar" - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti