...

İsveçdəki Azərbaycan Federasiyası qondarma "soyqırım"la bağlı qərara etiraz aksiyası keçirəcək

Cəmiyyət Materials 19 Mart 2010 15:30 (UTC +04:00)
İsveçdəki Azərbaycan Federasiyası martın 21-də paytaxt Stokholmun mərkəzi Sergel meydanda İsveç Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına etiraz aksiyası keçirəcək.
İsveçdəki Azərbaycan Federasiyası qondarma "soyqırım"la bağlı qərara etiraz aksiyası keçirəcək

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir M.Əliyev/

İsveçdəki Azərbaycan Federasiyası (İAF) martın 21-də paytaxt Stokholmun mərkəzi Sergel meydanda İsveç Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına etiraz aksiyası keçirəcək. Trend -a bu barədə İAF-dan bildiriblər.

"Bu gün Türkiyəyə qarşı qəbul olunan bu qərar bütün türklərə qarşı bir utancverici oyundur", - İAF-ın məlumatında deyilir.

Martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi bir səs çoxluğu ilə qondarma "erməni soyqırımı"nı tanıyıb.

Xəbər lenti

Xəbər lenti