...

Azərbaycan gəncləri Moskva metrosunda terror aktı nəticəsində həlak olanların xatirəsini yad edəcək

Cəmiyyət Materials 29 Mart 2010 18:10 (UTC +04:00)
Azərbaycanın "İrəli" İctimai Birliyi bazar ertəsi Moskvada baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə martın 30-da Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına güllər qoyacaq.
Azərbaycan gəncləri Moskva metrosunda terror aktı nəticəsində həlak olanların xatirəsini yad edəcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın "İrəli" İctimai Birliyi bazar ertəsi Moskvada baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə martın 30-da Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına güllər qoyacaq. Bu barədə İctimai Birliyin mətbuat xidmətinin məlumatında deyilir.

"Bu kədərli gündə "İrəli" İctimai Birliyi adından hadisə qurbanlarının yaxınlarına, eyni zamanda, bütün Rusiya xalqına başsağlığı veririk və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik", - məlumatda deyilir.

Partlayış bazar ertəsi səhər "Lubyanka" və "Park kulturı" metrostansiyalarında baş verib.

Son məlumatlara görə, 38 nəfər həlak olub, 65 nəfər xəstəxanaya müraciət edib.

Xəbər lenti

Xəbər lenti