...

İsrailin Azərbaycandakı Səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 31 Mart 2010 15:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində "Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşovun apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib.
İsrailin Azərbaycandakı Səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir H.Bağırov/

İsrailin Azərbaycandakı Səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində "Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşovun apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib.

Məhkəmə baxışı aprelin 7-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunurlar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kərəki Əli Məhəmməd 15, Nəcməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündən saxta yolla hazırlanmış İran pasportları olub.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı Səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Xəbər lenti

Xəbər lenti