...

Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri Tbilisi meri postuna namizədlərlə görüşəcəklər

Cəmiyyət Materials 1 Aprel 2010 15:42 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri düzgün seçim etmək üçün yaxın vaxtlarda Tbilisi meri postuna namizədlərlə görüşəcəklər.
Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri Tbilisi meri postuna namizədlərlə görüşəcəklər

Gürcüstan, Tbilisi, 1 aprel / Trend , müxbir C.Babayeva/

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) nümayəndələri düzgün seçim etmək üçün yaxın vaxtlarda Tbilisi meri postuna namizədlərlə görüşəcəklər.

Konqres namizədlərin plan və proqramları, seçkilərdə qələbə qazanacaqları təqdirdə Tbilisidə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı görüləcək tədbirlərlə tanış olmaq niyyətindədir. Bunu cümə axşamı Trend -a GAK sədri Əli Babayev deyib.

Sədrin sözlərinə görə, Tbilisidə yaşayan azərbaycanlıların problemləri onunla əlaqədardır ki, şəhərdə Nəriman Nərimanovun ev-muzeyinin bərpasına, 1952-ci ildə dağıdılmış ikinci məscidin tikintisinə icazə verilmir. Meriya aparatında bir azərbaycanlı belə təmsil olunmayıb, mədəni və tarixi abidələr dövlət tərəfindən qeydiyyata alınmır.

"Tbilisi meri postuna namizədlərlə görüşlər başa çatdıqdan sonra Konqres seçkilərdə dəstəkləyəcəyi namizədi müəyyən edəcək", - Babayev deyib.

Onun sözlərinə görə, seçkilər zamanı və seçkiqabağı kampaniya dövründə namizədlər Gürcüstan azərbaycanlılarının problemlərinin həllini vəd edirlər, lakin qələbədən sonra öz vədlərini unudurlar.

Konqres Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak edəcək partiyaların liderləri ilə görüşlər keçirmək niyyətindədir. "Bu görüşlərdən sonra Konqres azərbaycanlıların hansı partiyaların siyahısında öz namizədlərini irəli sürəcəkləri barədə qərar qəbul edəcək", - GAK sədri bildirib.

Gürcüstanda Sakrebulo - yerli idarəetmə orqanına və Tbilisi meri postuna seçkilər mayın 30-na təyin edilib.

Xəbər lenti

Xəbər lenti