...

Bakıda İran Səfirliyi qarşısında piket keçirilməsinə cəhd edilib

Cəmiyyət Materials 2 Aprel 2010 12:41 (UTC +04:00)
Bakıda İranın Azərbaycandakı Səfirliyi qarşısında piket keçirilməsinə cəhd edilib.
Bakıda İran Səfirliyi qarşısında piket keçirilməsinə cəhd edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda İranın Azərbaycandakı Səfirliyi qarşısında piket keçirilməsinə cəhd edilib.

Dünya Azərbaycanlıları Konqrensi Urmiya gölünün qurudulmasına etiraz olaraq, İranın Azərbaycandakı Səfirliyi qarşısında piket keçirmək istəsə də, aksiya icazəsiz olduğu üçün, polislər tərəfindən dağıdılıb. Aksiya iştirakçılarının hər birinin əlində bir bardaq su olub.

Aksiyada 25 nəfərə yaxın şəxs iştirak edib.

Piketin qətnaməsi səfirliyə təqdim olunsa da, səfirliyin əməkdaşları qətnaməni cırıblar.

Urmiya gölü YUNESCO-da təbii xəzinə kimi tanınır.

Xəbər lenti

Xəbər lenti