...

İranda Urmiya gölünün yaxınlığında etiraz edən 100-ə yaxın azərbaycanlı həbs edilib

Cəmiyyət Materials 3 Aprel 2010 13:44 (UTC +04:00)
İranın təhlükəsizlik qüvvələri ötən gün Urmiya gölünün yaxınlığında körpünün üzərinə toplaşmış və gölün suyunun qurudulmasına etiraz edən azərbaycanlı fəallardan 100-ə yaxınını həbs edib. Bu barədə şənbə günü Trend İranın müxalifət saytı olan "kaleme.com"-a istinadən məlumat yayıb.
İranda Urmiya gölünün yaxınlığında etiraz edən 100-ə yaxın azərbaycanlı həbs edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

İranın təhlükəsizlik qüvvələri ötən gün Urmiya gölünün yaxınlığında körpünün üzərinə toplaşmış və gölün suyunun qurudulmasına etiraz edən azərbaycanlı fəallardan 100-ə yaxınını həbs edib. Bu barədə şənbə günü Trend İranın müxalifət saytı olan "kaleme.com"-a istinadən məlumat yayıb.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri Urmiya gölünə gedən yolların 50 kilometrliyində axtarış-nəzarət məntəqələri yaradaraq, həmin körpüdə etiraz aksiyasına qoşulmaq istəyən şəxsləri gölə tərəf getməyə qoymayıblar.

Məlumatda bildirlir ki, körpünün üzərinə toplaşmış şəxsləri dağıtmaq məqsədi ilə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlardan istifadə edib. Aksiya iştirakçıları özləri ilə su ilə dolu şüşə qablar gətirirək gölə töküblər. Aksiya iştirakçıları üzərində "Türk dilində məktəb", "Yaşasın Azərbaycan" yazılmış şüarlar daşıyıblar.

Ötən gün Urmiya gölünün qurudulmasına etiraz olaraq Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin qarşısında da etiraz aksiyası keçirib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qurudulma nəticəsində hazırda Urmiya gölündə suyun səviyyəsinin 7 metr aşağı endiyini deyib. Tağızadə qeyd edib ki, Azərbaycan tarixinin simvollarından biri olan Urmiya gölünün qurudulması həm də ekoloji problemlərin yaranması deməkdir.

Urmiya gölü İranın ən məşhur göllərindən biridir. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər.

Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki kifayət deyil.

Xəbər lenti

Xəbər lenti