...

Azərbaycanın İranla sərhəd bölgəsində QİÇS-ə yoluxmuş 8 nəfər qeydiyyata götürülüb

Cəmiyyət Materials 6 Aprel 2010 17:37 (UTC +04:00)
Azərbaycanın İranla sərhəd bölgəsində yerləşən Lənkəranda bu ilin 1-ci rübündə QİÇS-ə yoluxmuş 8 nəfər qeydiyyata götürülüb ki, bu da ötən ilin müvafiq dövründən 1 nəfər çoxdur.
Azərbaycanın İranla sərhəd bölgəsində QİÇS-ə yoluxmuş 8 nəfər qeydiyyata götürülüb

Azərbaycan, Lənkəran, 6 aprel /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın İranla sərhəd bölgəsində yerləşən Lənkəranda bu ilin 1-ci rübündə QİÇS-ə yoluxmuş 8 nəfər qeydiyyata götürülüb ki, bu da ötən ilin müvafiq dövründən 1 nəfər çoxdur.

Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov Trend-ə bildirb ki, rayonda 195 QİÇS daşıyıcısı var.

Onun sözlərinə görə, bu il aşkar olunan 8 daşıyıcının 4-ü ər-arvad olmaqla ailəvi yoluxmadır. Onlardan 2-si hamilə qadın, 1-i narkotik istifadəçisi, 1-i vərəmli, 1-i isə diabetli xəstədir. Daşıyıcıların 2-si qadın, 6-sı kişi, 3-ü kənd, 5-i şəhər sakinləridir.

İbişov bildirib ki, 2004-cü ildə Lənkəranda 46, 2006-cı ildə 83, 2007-ci ildə118, 2008-ci ildə 162, 2009-cu ildə isə 187 nəfər QİÇS daşıyıcısı qeydiyyatda olub.

"Onlardan 82 faizi kişi, 18 faizi qadındır. İndiyədək rayonda 33, 2010-cu ilin 3 ayında isə 4 QİÇS-li xəstə dünyasını dəyişib. HİV-ə yoluxanların 70 faizi narkotik aludəçiləridir", - laboratoriya müdiri bildirib.

İbişovun sözlərinə görə, cari ilin 3 ayı ərzində cənub rayonlarında (Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik) 4 minə yaxın insanın qanı QİÇS-ə görə yoxlanıb. Onlardan 3 minə yaxını Lənkəran sakinləridir. Qanı müayinədən keçənlərin 50-yə yaxını narkotik istifadəçisidir.

Xəbər lenti

Xəbər lenti