...

Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərə 16 il iş verilib

Cəmiyyət Materials 8 Aprel 2010 12:49 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Lənkəran şəhər sakinləri Bəhruz Yaqubov 10, Hüseyn Cavadov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərə 16 il iş verilib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Lənkəran şəhər sakinləri Bəhruz Yaqubov 10, Hüseyn Cavadov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Yaqubov işlədiyi disk-kaset satışı ilə məşğul olan "Bəhruz" studiyasında həmyerlisi Cavadovla birlikdə kompüter və skayner vasitəsilə saxta əsginaslar çap edib və yayılmasını təşkil edib.

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları 2009-cu il sentyabrın 17-də təqsirləndirilən şəxsləri saxlayıb. Onların üzərinə baxış keçirilən zaman 11 ədəd 100 manatlıq saxta pul əsginası aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (204.2) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti