...

Özbəkistanda Azərbaycan Kinosu Həftəsi keçiriləcək

Cəmiyyət Materials 15 Aprel 2010 16:54 (UTC +04:00)
Aprelin 19-dan 23-dək Özbəkistanın iki şəhərində - Daşkənd və Səmərqənddə Azərbaycan Kinosu Həftəsi keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan səfirliyindən məlumat verilib.
Özbəkistanda Azərbaycan Kinosu Həftəsi keçiriləcək

Özbəkistan, Daşkənd, 15 aprel /Trend, müxbir D.Əzizov/

Aprelin 19-dan 23-dək Özbəkistanın iki şəhərində - Daşkənd və Səmərqənddə Azərbaycan Kinosu Həftəsi keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan səfirliyindən məlumat verilib.

Özbək tamaşaçılarına son illər azərbaycanlı kinematoqrafçıların yaratdıqları bədii, sənədli və cizgi filmləri təqdim olunacaq.

Özbəkistan kinoteatrlarının ekranlarında ilk dəfə olaraq 2008-ci ildə "ACBA profi Studiya 21" studiyasında Elçinin ssenarisi üzrə rejissorlar Ramiz Fətəliyev və Dilşad Fəthulinin çəkdiyi "Hökmdarın taleyi", 2008-ci ildə "Azərbaycanfilm" studiyasında rejissor Mehriban Ələkbərzadənin Çingiz Abdullayevin ssenarisi əsasında çəkdiyi "Məhkumlar", rejissor Samir Kərəmoğlunun Yavər Rzayevin ssenarisi üzrə çəkdiyi "Niyyət" filmi ("Azərbaycanfilm", 2009-cu il) nümayiş olunacaq.

Azərbaycanın sənədli kinosu "Azərbaycan motivləri" ("Yaddaş" studiyası, 2009-cu il, rejissor Ziya Şıxlinski, ssenari müəllifi Rəhman Bədəlov) və "Qala" ("Salmanə" studiyası, 2010-cu il, rejissor Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov) filmləri ilə təmsil olunacaq.

Özbək tamaşaçıları həmçinin "Mərhəmətin dadı" və "Çin olmuş yuxu" cizgi filmlərinə baxacaqlar.

Kino həftəsində Azərbaycan kinematoqrafçılarından ibarət nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti