...

İrandan Azərbaycana narkotika gətirməkdə ittiham olunan şəxsə 14 il cəza verilib

Cəmiyyət Materials 20 Aprel 2010 13:10 (UTC +04:00)
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), narkotik vasitələri qanunsuz əldə etmə, gəzdirmə, saxlama (234) maddələri ilə ittiham edilib.
İrandan Azərbaycana narkotika gətirməkdə ittiham olunan şəxsə 14 il cəza verilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan vətəndaşı Natiq Fərəcov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), narkotik vasitələri qanunsuz əldə etmə, gəzdirmə, saxlama (234) maddələri ilə ittiham edilib.

Fərəcov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Astara rayonunun Şüvi kəndi ərazisində saxlanılıb və ondan 16 kiloqrama yaxın narkotik vasitə olan həşiş qatranı aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti