Azərbyacnan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cümə axşamı Rusiya ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün plan yerləri elan edib.
Plana əsasən, 2010-2011-ci tədris ilində müxtəlif istiqamətlərə dair Azərbaycanın 41 abituriyenti Rusiya ali məktəblərində təhsil ala bilərlər. Birinci ixtisas qrupu üzrə 8 Rusiya ali məktəbinə 14 yer, ikinci qrup üzrə 10 ali məktədə 13 yer, üçüncü qrup üzrə 3 ali məktəbə 7 yer, dördüncü qrup üzrə 4 ali məktəb 7 yer ayrılıb.
Ayrılan bütün yerlər üzrə təhsil əyanidir.