...

Bakıda böyük zoologiya parkı yaradılacaq - ekologiya naziri

Cəmiyyət Materials 23 Aprel 2010 14:34 (UTC +04:00)
Bakının yaxınlığında heyvanların təbii şəraitdə saxlanılacağı 55 hektarlıq ərazidə zoologiya parkı yaradılacaq. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə günü jurnalistlərə bildirib.
Bakıda böyük zoologiya parkı yaradılacaq - ekologiya naziri

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Bakının yaxınlığında heyvanların təbii şəraitdə saxlanılacağı 55 hektarlıq ərazidə zoologiya parkı yaradılacaq. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, Bakının hazırkı zooparkında heyvanlar qəfəslərdə saxlanılır.

"Ölkə rəhbərliyinin tapşırığı ilə Güzdək kəndindən Bakıya kimi olan yolun yaxınlığında heyvanların təbii şəraitdə saxlanılacağı 55 hektarlıq ərazidə zoologiya parkı yaradılacaq", - Bağırov bildirib.

Onun fikrinə əsasən, zooparkın şəhərdə yerləşməsi mütləq deyil. "Dünyada artıq kiçik zoopark təcrübəsindən imtina edilir, böyük zooparklar konseptual xarakter daşıyır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti