Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda gənclər üçün nəzərdə tutulan radio fəaliyyətə başlayacaq.
"İrəli" adlanacaq radionun məqsədi gənclərin maarifləndirilməsidir. Radionun 10 gündən sonra təqdimatının olacağı nəzərdə tutulub", - Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycanda tarixi "www.history.az" portalının təqdimatında çıxışı zamanı "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib.
Azərbaycanda 20-yə yaxın radio fəaliyyət göstərir.