Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Bağırov/
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub.
Trend-in məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Zəfər Əmir oğlu Məmişov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə qaçaqmalçılıq törətmək (206.4), qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.2, 234.4.3) maddələri ilə ittiham olunub.
Təqsirləndirilən şəxs İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirərkən Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.