...

Azərbaycanda insan alveri ilə mübarizə həftəsi elan olunub

Cəmiyyət Materials 28 Aprel 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda insan alveri ilə mübarizə həftəsi elan olunub.

Trend-in məlumatına görə, mayın 1-dən 7-dək davam edəcək həftə ərzində insan alveri ilə bağlı ictimaiyyəti marrifləndirməyə xidmət edən tədbirlər görüləcək.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bu münasibətlə çərşənbə günü keçirilən mətbuat konfransında dünyanın əksər dövlətlərində insan alveri probleminin mövcud olduğunu, insan alveri qurbanlarının sayının artdığını bildirib.

Səfir Azərbaycanda insan alverinə qarşı aparılan mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin dünyada insan alverinə qarşı əsasən 4 istiqamətdə mübarizə aparıldığını deyib.

Bu istiqamətlər qurbanların müdafiəsi, cinayətlərin qarşısının alınması, cinayətin təşkilatçılarının təqibi və bu istiqamətdə əcnəbi ölkələrlə əməkdaşlıqdan ibarətdir.

Yujanin Azərbaycanın müvafiq qurumlarının bu istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirib.

Mübarizə həftəsi barədə məlumat verən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, həftə çərçivəsində Bakıda, Şirvanda və Sumqayıtda silsilə maarifləndirmə tədbirləri keçiriləcək. Həftə ərzində hava, dəniz limanında, avtovağzallarda, dəmiryol vağzalında əhaliyə insan alveril ilə mübarizə məqsədilə hazırlanmış bukletlər paylanacaq, gəzintilər təşkil olunacaq.
İnsan alverinə qarşı mübarizə həftəsinə mayın 6-da yekun vurulacaq. Həmin gün jurnalistlər arasında insan alveri ilə mübarizə mövzusu ilə bağlı elan olunmuş müsabiqənin nəticələri elan ediləcək.

Xəbər lenti

Xəbər lenti