...

Milli parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq – FOTOSESSİYA

Cəmiyyət Materials 11 May 2010 02:32 (UTC +04:00)
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı Şəhəri İcra Hakimiyyəti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda saat qülləsinin yanında maraqlı bayram konserti təşkil etmişlər.
Milli parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq – FOTOSESSİYA

Trend-i buradan izləyin

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı Şəhəri İcra Hakimiyyəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda saat qülləsinin yanında maraqlı bayram konserti təşkil etmişlər.

Konsertdə paytaxtın on minlərlə sakini və qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnıları dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlığı seyr etmişlər.

Xəbər lenti

Xəbər lenti